Manşet

“Ad günün mübarək, Nigar…” – Hikmət Hacıyev

"Qonşumuz Ermənistanın qaniçən olduğuna görə üzr istəyirik".

“Ad günün mübarək, Nigar…” – Hikmət Hacıyevbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezidentin köməkçisi Hikmət Hacıyev işğalçı Ermənistan ordusunun oktyabrın 17-də gecə radələrində Gəncəni atəşə tutması nəticəsində həlak olan məktəbli Nigar Əsgərova ilə bağlı paylaşım edib.

7times.az-ın məlumatına görə, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri öz tvitter hesabında #adgününmübarəkNigar həştəqi ilə bu fikirləri qeyd edib:

“#adgününmübarəkNigar. Qonşumuz Ermənistanın qaniçən olduğuna görə üzr istəyirik. Vətəndaşları, uşaqları öldürmək Ermənistan silahlı qüvvələrinin standart təcrübəsidir. Nigar qonşuları ilə birlikdə doğum günündən bir gün əvvəl Ermənistanın Gəncə şəhərinə ölümcül raket hücumu nəticəsində öldürüldü”.