Sosial şəbəkələrdə ağır problemlərdən qan ağlayan Ağdaş sakinlərinin çoxlu sayda video-müraciətləri var. Onlardan biri də rayon sakini Aysel Mahir qızı Həmidovadır. O 7Times.az-a müraciət edərək problemini dilə gətirib. 1994-cü il təvəllüdlü şikayətçi deyir ki, üç ildir ki işsizdir. O bununla bağlı deputat Cavid Osmanovdan kömək istəyib. Lakin üç ilə yaxındır ki, Ağdaş sakini işə qəbul edilmir:
“İki il öncə Dost MMC-nin 2 aylıq işçisi olmuşam. İşlədiyim dövrdə KMK-nın müxtəlif yazı işlərini görmüşəm. Müqavilə bitəndən sonra təzələmək üçün müraciət etdim. Müharibə dövrü olduğuna görə, girə bilmədim. Bununla bağlı deputat Cavid Osmanova müraciət etdim. Təəəsüf ki, müraciətimə baxılmır. Millət vəkilinin köməkçisi Rəhman Rəhimova da bildirmişəm. Amma hər dəfə başından edirlər. Artıq 3-cü ildir ki, Ağdaş rayonunda kammunal müəsisələri kombinatına işə daxil olmaq üçün müraciət edirəm. Üç ildir işsizəm”.
Xatırladaq ki, Cavid Osmanov mətbuatın gündəminə hələ deputatlığa namizəd olduğu dönəmdən etibarən bir sıra qalmaqallı xəbərlərlə gəlib. Məsələn, Rubrika.az saytında dərc olunan bir məqalədə deputat saxta xəstəliklə hərbi xidmət keçməkdən yayınmaqda, adı qumar oyunlarında hallanmaqda ittiham olunur.
7Times.az
Follow @7timesaz