Dünya

Aİ liderləri Türkiyə xalqını seçkilərdəki fəallığa görə təbrik edib

Aİ liderləri Türkiyə xalqını seçkilərdəki fəallığa görə təbrik edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel 14 mayda keçirilən seçkilərdə yüksək fəallıq nümayiş etdirən Türkiyə vətəndaşlarını təbrik ediblər.

APA xəbər verir ki, Aİ liderləri dünənki seçkilərin demokratiyanın qələbəsi olduğunu vurğulayıblar.

Ursula von der Leyen qeyd edib ki, bu, Türkiyə xalqının seçkiyə getmək, səs vermək kimi demokratik hüququndan istifadə etməkdə qətiyyətli olmasının və demokratik təsisatlara dəyər verməsinin açıq göstəricisidir.