Dünya

Aİ Rusiyanın beş vəzifəli şəxsinə sanksiya tətbiq etdi

Aİ Rusiyanın beş vəzifəli şəxsinə sanksiya tətbiq etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Rusiyanın beş müdafiə sənayesi müəssisəsinin rəhbərini sanksiya siyahısına daxil edib.

7Times.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Rəsmi Jurnalında məlumat dərc olunub.

Sanksiyaya məruz qalan şəxslər bunlardır:

Krasnoyarsk Maşınqayırma Zavodunun baş direktoru Aleksandr Dyukaryov;
Serpuxovun “Metallist” zavodunun baş direktoru Ramil Badqutdinov;
“IRZ-Svyaz” şirkətinin direktoru Sergey Başkov;
“Aeromaks” şirkətinin baş direktoru Sergey Bessonov;
Dəqiq Cihazlar Elmi-Tədqiqat İnstitutunun baş direktoru Viktor İvanov.