Azərbaycanın tanınmış fizik alimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, AMEA-nın Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının rəhbəri, akademik Çingiz Qacar II Fəxri xiyabanda dəfn edilib.
7times.az xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, akademiyanın bir sıra elmi müəssisə və təşkilatlarının rəhbərləri, elmi ictimaiyyətin nümayəndələri və mərhumun ailə üzvləri iştirak ediblər.
Alimin məzarı önünə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın adından əklil qoyulmuşdu. Məzarın ətrafına AMEA-nın Fizika İnstitutunun kollektivi adından və digər əklillər də düzülmüşdü.
12:08
Azərbaycanlı akademik, AMEA Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının müdiri Çingiz Oveys oğlu Qacar bu gün 92 yaşında vəfat edib.
Bu barədə 7times.az-a AMEA-nın mətbuat katibi Leyli Namiqqızı məlumat verib. Onun sözlərinə görə, alim bu gün günorta saatlarında II Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Fizika-riyaziyyat elmləri doktoru, professor Çingiz Oveys oğlu Qacar ilk dəfə öyrənilən molekulların energetik sistemlərində üç-dörd qatlı fırlanan fırlanan titrəyişli ikiqat radiodalğa və mikrodalğa tezlikli RD-MD kvant rezonanslarını tədqiq edib.1990-cı ildə Azərbaycan SSR Əməkdar elm xadimi, 2004-cü ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni və 2014-cü ildə Nəsrəddin Tusi adına mükafata layiq görülüb.
Ç.Qacar 2009-2012-ci illərdə AMEA Fizika İnstitutunun direktoru vəzifəsində çalışıb. Ölümünə qədər həmin müəssisənin Molekulyar spektroskopiya laboratoriyasının rəhbəri olub.
Follow @7timesaz