Ölkə

Ali Məhkəmə keçmiş vəkillə bağlı qərar verdi

Ali Məhkəmə keçmiş vəkillə bağlı qərar verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vəkillik fəaliyyətinə xitam verilmiş Sevil Hacıyeva ilə bağlı cinayət işi Ali Məhkəmədə araşdırılıb.

7Times.az-ın məlumatına görə, Ali Məhkəmə apellyasiya instansiyasının qərarını qüvvədə saxlayıb.

Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə Xaçmaz Rayon Məhkəməsində mühakimə olunan Sevil Hacıyevaya 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Sumqayıt Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişmədən saxlayıb.

Həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş tərəf qərardan kassasiya şikayəti verib.

Qeyd edək ki, Sevil Hacıyeva həyətinə girən itə işgəncə verərək amansızlıqla öldürən Xaçmaz rayon sakini, 86 yaşlı Balasoltan Daşdəmirovun qızıdır. Balasoltan Daşdəmirov həmin əmələ görə İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi (heyvanlarla rəhmsiz davranmaqla onların şikəst edilməsi və ya tələf edilməsi) ilə 500 manat məbləğində cərimə olunmuşdu.