Danimarkanın Kopenhagen Universitetinin alimləri Şimali Avropa əhalisinin təxminən 5 min il əvvəl geniş miqyasda məhv olmasının səbəbini müəyyən ediblər.
7Times.az xəbər verir ki, bu barədə araşdırma “Science” elmi jurnalında dərc olunub.
Mütəxəssislərin fikrincə, daş dövrünə aid kənd təsərrüfatı icmaları vəba epidemiyasının qurbanı olub.
Neolit çöküşü kimi tanınan fəlakətin mənşəyi uzun müddətdir ki, elmi ictimaiyyətdə müzakirə mövzusudur.
Yeni araşdırmada Skandinaviyada tapılan insan dişlərinin və sümüklərinin DNT-si təhlil edilib. Tədqiqatçılar 108 nəfərin qalıqlarını təhlil ediblər. Onların 17 %-i ölüm zamanı taun xəstəliyinə yoluxublar.
Mütəxəssislər müəyyən ediblər ki, vəba bakteriyasının son ştammı əvvəlkilərdən daha yoluxucu olub və insandan insana keçib.
Eyni patogenin sonrakı forması eramızın 6-cı əsrində Yustinian, 14-cü əsrdə Avropa, Şimali Afrika və Yaxın Şərqi viran edən və on milyonlarla insanın ölümünə səbəb olan qara vəbaya səbəb olub.
Follow @7timesaz