Cəmiyyət

Allergiyası olanlar peyvənd vurdura bilər?

Allergiyası olanlar peyvənd vurdura bilər?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əgər vətəndaşın güclü allergik reaksiyası varsa, həmin vətəndaş koronavirus əleyhinə peyvənd olunmaya bilər. Bu qərarı yalnız müvafiq mütəxəssis verə bilər”. 

7times.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

O bildirib ki, həmin vətəndaş yaşadığı yer üzrə allerqoloqa müraciət etməlidir. Yalnız onun qərarı əsasında allergiyası olan şəxsin vaksinasiyasından imtina oluna bilər: “Lakin belə şəxslərin sayı çox azdır. Hətta allergiyası olan şəxslərin böyük hissəsi peyvənd olunub və elə bir fəsad baş verməyib”.