Azərbaycan Mərkəzi Bankı (AMB) “CPM-İnvest İnvestisiya Şirkəti” və “Troni İnvestisiya Şirkəti” QSC-lərə icrası məcburi göstəriş verib.
AMB-dən 7Times.az-a verilən məlumata görə, aparılmış tematik yoxlamalar çərçivəsində hər iki investisiya şirkətində “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə tam əməl edilmədiyi aşkarlanıb.
Bununla bağlı investisiya şirkətlərinə xəbərdarlıq edilib, pozuntuların ən qısa zamanda aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib.
Follow @7timesaz