Dövlət Sərhəd Xidmətinin Xaçmaz rayonunda yerləşən Şirvanlı Sərhəd Zastavasında güllələnmə hadisəsi baş verib.
“7Times.az” xəbər verir ki, Şirvanlı Sərhəd Zastavasında xidmətdə olan əsgər Əmiraslanov Anar Ənvər oğlu xidməti silahdan açılan atəş nəticəsində yaralanıb. O, dərhal Xaçmaz MRX-na çatdırılıb. Yaralı əməliyyat edilib, vəziyyəti kafidir.
Əldə etdiyimiz məlumata görə, hadisənin ehtiyatsızlıq ucbatından baş verdiyi bildirilsə də, əsgər Anar Əmiraslanov elə əsgər yoldaşı olan Əliyev Elsəvər Elməddin oğlu tərəfindən vurulub. Hadisəyə isə onların arasında baş verən insidentin səbəb olduğu bildirilir.
Faktla əlaqədar olaraq araşdırmalar aparılır.
Follow @7timesaz


