İqtisadiyyat

Amerikalı sərmayədarlar azad olunan ərazilərin bərpasında iştirak edəcək

Amerikalı sərmayədarlar azad olunan ərazilərin bərpasında iştirak edəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerlə görüşüb.

7times.az xəbər verir ki, bu barədə nazir öz “Facebook” hesabında yazıb.

O bildirib ki, görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın mövcud vəziyyəti nəzərdən keçirilib.

“Görüşdə amerikalı investorların Azərbaycanda fəaliyyətinin genişləndirilməsi potensialı və işğaldan azad edilən ərazilərin bərpasında iştirakı barədə müzakirələr aparılıb”, – nazir əlavə edib.