Aktual

ANAMA mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib

ANAMA mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib.

ANAMA-nın Mətbuat Xidmətindən daxil olan çağırışda deyilir:

“Hörmətli vətəndaşlar, bədbəxt hadisələrlə üzləşməmək üçün sizi daha diqqətli olmağa çağırırıq”.

Qeyd edək ki, bu gün işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina hadisəsi baş verib. Partlayış nəticəsində minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan “Dina” ləqəbli Belçika malinuası – minaaxtaran it tələf olub.