Ölkə

Anar Kərimov onları rəis təyin etdi – ƏMR

Anar Kərimov onları rəis təyin etdi – ƏMRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyinin regional idarələrində yeni kadr təyinatları olub.

7times.az xəbər verir ki, təyinatlarla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Belə ki, əmrə əsasən, Vasif Xaliq oğlu Cənnətov Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Digər əmrlə Elbəy Akif oğlu Əli Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Daha bir əmrlə Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi Faiq Elman oğlu Xudanlıya həvalə edilib.