Aparıcı Turan İbrahimov Azərişıq ASC-ni sərt tənqid edib.
7times.az xəbər verir ki, T.İbrahimov social şəbəkə hesabında qeyd edib ki, elektrik enerjisindən istifadə edilməyən mənzilə borc yazılır:
“Yaşayış olmayan, heç bir elektrik avadanlığı işlədilməyən və ümumiyyətlə evə daxil olan elektrik axını ümumi qutudan kəsilən mənzilə mütəmadi 1-2 manat işıqpulu gəlir. Azərişıq ASC -nin sıravi vətəndaşları qəpik-qəpik soyduğunu, harın, oğru məmurların qaçaq elektrik sərfiyyatını millətin dərisindən çıxardığını eşitmişdim. İndi isə sübutlu, faktlı əmin oldum”.