Maraqlı

Aqil Abbas Qurban Qurbanovun yuxusunu BELƏ YOZDU 

Aqil Abbas Qurban Qurbanovun yuxusunu BELƏ YOZDUbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi “Qarabağ” ötən gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda Polşa “Lex”inə 5:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. 
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra jurnalistlərə açıqlamasında millət vəkili Aqil Abbası yuxusunda gördüyünü və qarlı Şuşada dağın başında onunla danışdığını deyib. O, maraqlı yuxu görməsini oyundan əvvəl Aqil Abbasın ona zəng etməməsi ilə əlaqələndirib.
Maraqlıdır ki, millət vəkili Aqil Abbas Bizim.Media-ya açıqlamasında eyni yuxunu özü də gördüyünü və yuxusunun çin olduğunu qeyd edib:

“Oyundan sonra mətbuat konfransına baxa bilməmişdim. Çox qəribə olsa da, həmin gecə eyni yuxunu mən də görmüşəm. Görürəm ki, Ağdamdan Əskərana, Xocalıdan Xankəndiyə keçib, Şuşaya qalxırıq. Oyun başlayıb. Bizim müdafiəçimiz öz qapımıza top vurur. Əslində real oyunda da birinci qol elə müdafiəçinin səhvindən oldu. Yuxudan hövlnak durdum və dua etdim. Səhər tezdən oyanıb yenə komandamız üçün dua etdim. Oyunu izləyirdim, baxdım ki, o dəqiqə qol vurdular. Fərqinə vardım ki, yuxum çin olub. Yenə də çoxlu dualar edib oyunu izləməkdə davam etdim. Baxdım ki, “Qarabağ” ”Lex”i parçalayıb keçdi”.

Deputat oyundan əvvəl Qurban Qurbanova zəng etməmə səbəbini də açıqlayıb:
“Hər dəfə oyundan əvvəl və sonra Qurban Qurbanova zəng edirdim. Hətta uduzanda da zəng edib təsəlli vermişəm. Bakıda deyiləm, rayondayam. Bu dəfə Qurbanla danışa bilmədim. Bu dəfə özü oyundan sonra ilk dəfə mənimlə əlaqə saxladı və təbrik etdi. Mən də ona gözaydınlığı verdim. “Komandamız var olsun”dedim.

 

Qurbana da, komandasına da qurban olum! Qurban təkcə Qarabağı deyil, bütün Azərbaycanı təmsil edir. Onun da məni yuxuda görməsi maraqlıdır. Dünyada belə şeylər olur.

Əsas odur ki, məni yuxuda görməyi düşərli olub. Amma yuxuda görməklə deyil, komanda at kimi oynayırdı. Əsl Qarabağ atları idilər. Özü də yorulmadan 90 dəqiqə…”Qarabağ”a uğurlar arzulayıram”, – deyə Aqil Abbas əlavə edib.