Region

Arayik Arutyunyanın həbsi gözlənilir: Əleyhinə ifadələr alınır

Arayik Arutyunyanın həbsi gözlənilir: Əleyhinə ifadələr alınırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hüquq-mühafizə orqanları, xüsusən Ermənistan İstintaq Komitəsi əməkdaşları Müdafiə Nazirliyində çalışan və sabiq yüksək rütbəli məmurları istintaqa çağırır”.

7times.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb. Erməni nəşri qeyd edir:

“Sorğu-sual zamanı konkret olaraq 44 günlük müharibədə məğlubiyyətdən məsul olanlar haqqında suallar verilir. Üstəlik, istintaqçılar məmurlara əsasən “Artsax prezidenti” Arayik Arutyunyanın 44 günlük müharibədə günahkar olub-olmaması və ya məğlubiyyətə səbəb olan hansı addımlar atdığı ilə maraqlanır.

“Müdafiə Ordusu”nun komandanı Cəlal Arutyunyana qarşı kifayət qədər ifadə verilib.

Baş Prokurorluğun nəzarəti altında araşdırılan 2 mindən çox hərbi işdən 41-i artıq məhkəmələrə göndərilib. 44 gün davam edən müharibə zamanı 800-dən çox adam cinayət törətməkdə ittiham olunur. 7 yüksək rütbəli hərbi qulluqçu arasından (yalnız Silahlı Qüvvələr Baş Qərargahının rəis müavininin adı məlumdur) olan müxtəlif hərbi cinayətlərdə suçlanır. General Andranik Makaryan xidmətdə səhlənkarlıqda ittiham olunur, amma Makaryan təqsirini etiraf etmir.

Məhkəməyə göndərilən cinayət işlərinin yarıdan çoxu, yəni 25-i müharibə dövründə qanunsuz silah və döyüş sursatının daşınması ilə əlaqədardır. Bu cinayətdə 28 müttəhim var. 7 cinayət işi xidmət yerinin icazəsiz tərk edilməsinə aiddir, daha 9 nəfər fərarilikdə ittiham olunur. Təqsirləndirilənlərin çoxu sıravilərdir”./yenisabah/