İdman

Mbappe “Real Madrid” üçün oyun üslubunu qurban verəcək

Mbappe “Real Madrid” üçün oyun üslubunu qurban verəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PSJ-nin fransız hücumçusu Kilian Mbappe “Real Madrid”də mərkəz hücumçusu kimi çıxış edəcək.

Məlumata görə, hücumun cinahında oynayan Mbappe Karlo Ançelottinin komandasında məmnuniyyətlə mərkəz hücumçusu rolunu öz üzərinə götürəcək. Fransız futbolçu oyun tərzini dəyişməyə hazırdır və həmçinin başa düşür ki, hücumda ön cəbhədə oynamaq onun “Qızıl buts” və “Qızıl top” qazanmaq şansını artıracaq.

Xatırladaq ki, Kilian 2018-ci ildən PSJ-də çıxış edir. Hücumçunun klubla müqaviləsi 2024-cü ilə qədərdir. Hazırda futbolçunun transfer dəyəri 180 milyon avro olaraq qiymətləndirilir.

oxu.az