İdman

“Bu axşama görə azarkeşlərdən üzr istəyirəm”

“Bu axşama görə azarkeşlərdən üzr istəyirəm”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Mersisayd derbisində uduzduqdan (0:2) sonra komandanın çempionluq şanslarını dəyərləndirib.

7Times.az  xəbər verir ki, “BBC Sport” alman mütəxəssisin dediklərini belə çatdırıb:

“Liverpul” titul qazana bilərmi? Əgər “Arsenal” və “Mançester Siti” üçün işlər çox pis gedərsə, mümkündür. Bilmirəm, bu axşama görə azarkeşlərdən ancaq üzr istəyə bilərəm. Özümüzü daha yaxşı göstərməli idik, amma bunu bacarmadıq”.

“Liverpul” hazırda Premyer Liqa turnir cədvəlində 2-ci yerdədir. “Qırmızılar” lider “Arsenal”dan 3 xal, “Mançester Siti”ni isə 1 xal qabaqlasa da, “şəhərlilər”in ehtiyatda 2 oyunu var. Mersisaydlılar növbəti matçını aprelin 27-də səfərdə “Vest Hem”ə qarşı keçirəcəklər.

Fanat.Az