Rusiya ordusu Ukraynada raketləri vurur. Çünki Ukrayna raketləri qoyur ki, vurmasınlar, amma ruslar məcbur olur ki, həmin raketləri vursun.
Demokrat.az xəbər verir ki, bu fikirləri “Müsavat TV”nin canlı yayımında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bildirib. Partiya sədri qeyd edib ki, Zelenski hakimiyyəti ilə Hitler hakimiyyəti arasında heç bir fərq yoxdur:
“Müharibənin belə bir qanunu var: sən düşməni məcbur edirsən ki, onu istəmədiyi şeyi etdirəsən.Təbii ki, Ukraynada bomba baxmır ki, ölən rusdur yoxsa ukraynalıdır. Zelenski hakimiyyəti ona etiraz edən əhalini gülləyir. Yəni, ümumiyyətlə Zelenski hakimiyyəti ilə Hitler hakimiyyəti arasında heç bir fərq yoxdur. Düzdür, əvvəllər 73 faiz əhali Zelenskini dəstəkləyirdi, amma sonuncu rəy sorğusuna görə, Zelenskinin səsi 23 faiz olub. Yəni, son hərəkətlərinə görə onu 23 faiz dəstəkləyən qalıb”.
A.Əlizadə qeyd edib ki, Zelenski hakimiyyəti devrilinə qədər Rusiya müharibəni davam etdirəcək:
“Hazırda Rusiya özünü qoruyur. Hakimiyyət Ukraynada devrilənə qədər müharibə davam edəcək. Sonda Ukraynada hakimiyyəti xalq seçəcək”.
Həmin videonu təqdim edirik: