7Times.az saytına şikayət məktubu daxil olub. Məktub müəllifi Bakıda fəaliyyət göstərən marketlərdən birinin müdriyyətindən şikayətçi olduğunu bildirir:
“Mən, Vəliyev Əli 1999-cu ilin 5 oktyabrında Bakı şəhərində anadan olmuşam. Şikayətim İslam Səfərli küçəsində “Araz Market” adı altında fəaliyyət göstərən dükanın Turan (soyadını və telefon nömrəsini öyrənə bilmədim) adlı sahibindəndir. Qeyd edim ki, adıçəkilən dükan şəxsidir, əslində “Araz Supermarket” ə heç bir aidiyyatı yoxdur, sadəcə yerləşdiyi məkan “Araz Supermarket” dən icarəyə götürülüb. Əsl adı isə “Centr Market”dir. Yanvarın 2-isözügedən marketə yaxınlaşıb işləmək istədiyimi bildirdim, mənə dedilər ki, sabahdan işə çıxa bilərsən. 1 həftə sınaq müddətində olacaqsan, sınaqdan çıxsan, maaşını ödəyəcəyik. Razılaşdım. Onlara ofisə sənədlərimi təkdim etmək istədiyimi deyəndə buna ehtiyac olmadığını söylədilər. Market işçilərinin dediyinə görə, orada maaş karta köçürülmür, əlbəəl verilir, yəni rəsmi iş yeri deyil. 10 saatlıq iş günü, 400 manat maaş, ayda 3 və ya 2 dəfə istirahət verirlər. İş saatım 15:00-da başlayıb, 01:00-da bitirdi, bir həftə bu rejimdə işlədim, yemək belə vermirdilər. Bu cür iş rejimi mənə ağır gəldiyi üçün dünən yaxınlaşıb problemim olduğunu və işləyə bilməyəcəyimi deyəndə, cavab verdilər ki, bunu əvvəlcədən xəbər verməli idin. Əvvəlcədən xəbərdarlıq etmədiyin üçün maaşın verilməyəcək. Buna etiraz etsəm də, marketin müdiri məni dinləmədi, heç nə olmamış kimi çıxıb getdi. Məsələ 1 həftəlik zəhmət haqqımın verilib verilməməsində deyil, mənə yer edən qarşılaşdığım haqsızlıq və hörmətsizlikdir. Bir də sözügedən marketdə işçi əməyinin istismar olunduğunu, market rəhbərliyinin əmək məcəlləsinin qanunlarını pozduğunu aidiyyatı qurumların diqqətinə çatdırmaq istəyirəm. Bu gündən rəsmi “Araz Supermarket” də sınaq müddətim başlayıb. Gecə növbəsində işə çıxacağam. İş saatı da, maaş da məni qane edir, üstəlik yaşadığım evə də yaxındır. Sabah sənədlərimi iş yerimə təqdim etməliyəm. Amma keçmiş müdirim zəhmət haqqımı ödəmədiyindən sənədləri hazırlamağa pulum yoxdur. Dünən DİN-lə əlaqə saxladım, mənə dedilər ki, Əmək müfəttişliyinə müraciət et, sözügedən quruma şikayət ərizəsi göndərdim. Ədalətli qərar çıxarılacağına ümid edirəm”
P.S. Sözügedən məsələni diqqət mərkəzndə saxlayacağıq və proseslərin gedişatı haqda izləyicilərimizə məlumat verəcəyik.
Rübabə Səməndər
7times.az
Follow @7timesaz