La Liqanın 24-cü turunda “Real” “Jirona”nı darmadağın edib – 4:0.
Offsideplus.az xəbər verir ki, qarşılaşmanın sonlarında Arda Gülər komandasının lehinə penalti qazanıb. Bu zaman Joselu topu əlinə götürərək zərbəni yerinə yetirmək istəyib. Lakin Orelen Tçuameni “dəri kürə”ni almaniyalıdan almaq istəyib. Fransalı bunu özünə görə etməyib. Yarımmüdafiəçi zərbəni Ardanın yerinə yetirməsini istəyib. Almaniyalı forvard isə buna razı olmayıb.
Yekunda topun başına keçən Joselu zərbəni dəqiq yerinə yetirə bilməyib.
Follow @7timesaz