Ölkə

ARDNF 8 ayda büdcə öhdəliyini tam icra edib

ARDNF 8 ayda büdcə öhdəliyini tam icra edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-avqust aylarında Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər 9 milyard 654 milyon manat təşkil edib.

“7Times.az” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 % çoxdur.

Xatırladaq ki, bu il ARDNF büdcəyə 14 milyard 481 milyon manat vəsait köçürməlidir. Beləliklə, 8 aylıq ödəniş tam icra edilib.