Sağlamlıq

Arıqlamaq üçün axşam bu saatda yemək yeyin

Arıqlamaq üçün axşam bu saatda yemək yeyinbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arıqlamaq üçün nahar vaxtı qidalanma çox önəmlidir.

Bununla əlaqədar ABŞ-da bir araşdırma aparılıb. Araşdırma nəticəsində məlum olub ki, axşam saat 5-dən sonra yemək arıqlamağı çətinləşdirir.

Axşam saatlarında kalori yandırma sürətinin çox daha yavaş olduğunu qeyd edən mütəxəssislər səhər tezdən yeməyin daha sağlamlıq  üçün faydalı olduğunu qeyd ediblər. Çünki səhər yeməyi həm gün ərzində aclıq hissini azaldır, həm də arıqlamağa kömək edir.

Alimlər müntəzəm olaraq axşam saat 5-də yemək yeyənlərlə axşam 9-da yemək yeyənləri müqayisə ediblər. Saat 5-də axşam yeməyi yeyənlərdə aclıq hiss daha az olub və onlar özlərini çox rahat hiss etdiklərini bildiriblər.

Tədqiqatçılar axşam yeməyini tez yeməyin piylənmənin də qarşısını aldığını deyirlər.

Gec yeməyin yemək istəyini artıran leptin və qrelin hormonlarına təsir etdiyini müəyyən edən elm adamları nəticələri ictimaiyyətlə bölüşüblər.

Araşdırmanın təticələri “Cell Metabolism” jurnalında dərc olunub.

Mütəxəssislər bu araşdırmanın qidalanma ilə bağlı mühüm dəyişikliklərə səbəb olacağını düşünürlər. Çünki tədqiqat zamanı sübut olunub ki, şam yeməyini erkən saatlarda etmək arıqlamağı sürətləndirir.

 

medicalmedia.az