Ölkə

“Arvad əriylə dalaşıb bozbaş bişirmir, bunu efirə çıxarırlar“ – Deputatdan etiraz

“Arvad əriylə dalaşıb bozbaş bişirmir, bunu efirə çıxarırlar“ – Deputatdan etirazbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanda sosial məzmunlu verilişlər reytinqli olsa da, efirdə müzakirə olunan mövzular çox vaxt narazılıqla qarşılanır. Yerli telekanallarda yayımlanan bu verilişlərdə ailə-məişət mövzuları, elementar problemlərin işıqlandırıldığını tez-tez görürük.

Bəs görəsən, hər xırda problemə görə insanlar niyə ucqar kəndlərdən birbaşa efirə üz tuturlar? Kəndlərdəki aidiyyatı qurumlar onların problemini həll etmirmi? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan millət vəkili Aqil Abbas insanların bu mövzuda yanlış etdiyini, problemləri ilə bağlı aidiyyatı orqanlara üz tutmadığını deyib:

“Rayon və kəndlərdəki aidiyyatı qurumlar insanların problemini həll etmir fikri ilə razı deyiləm. Əvvəla, görünür, onlar aidiyyatı orqanlara müraciət etmirlər. Etsələr, gəlib televiziyaya çıxmazlar. Bu məsələ təkcə ucqar rayonlara aid deyil, Bakıdan da sosial verilişlərə müraciət edirlər, bunu tez-tez efirdə görürük. Vətəndaşlar aidiyyatı orqanlara müraciət etmirlər. Efirdən əvvəl aidiyyatı qurumlara müraciət edərlərsə, onların problem tez həll olar. Əminəm ki, aidiyyatı qurumlar köməyə ehtiyacı olan şəxslərdən əllərindən gələni əsirgəməzlər. İstər polis, istər məhkəmə mütləq kömək edər. Bu mövzuda insanlar səhv edirlər. Birinci aidiyyatı orqana müraciət edilməlidir, əgər müraciət onlar tərəfindən baxılmasa, problem həll edilməsə, ondan sonra məsələni televiziyalara, saytlara, qəzetlərə çıxarıb ictimailəşdirmək olar. Bunu eləmədən birbaşa Bakıya gəlib efirə çıxırlar”.

Onun sözlərinə görə, bu məsələdə telekanalların da üzərinə məsuliyyət düşür:

“Təbii ki, televiziya hər şeyi ictimailəşdirə bilməz. Onlar birinci araşdırmalıdırlar, görəndə ki, problem rayonda, kənddə həll edilməyib, bu zaman onu ictimailəşdirməlidirlər. Buna görə tekanalları qınamaq olmaz. Amma elə şeylər var ki, onu ictimailəşdirmək olmaz. Məsələn, ər arvadı ilə dsalaşıb, arvad əsəbləşib kişiyə bozbaş bişirməyib, bunu efirə çıxarırlar. Bu, düzgün deyil”.