Ölkə

Arvadını güllələyən hakimin məhkəməsi başladı

Arvadını güllələyən hakimin məhkəməsi başladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Sabunçu rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

7Times.az  xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən hazırlıq iclasında mərhum Pərvanə Əhmədovanın hüquqi varisi iştirak etməyib.

Prosesdə Fəqan Əhmədovun anket məlumatları dəqiqləşdirilib.

Daha sonra dövlət ittihamçısı çıxış edərək bildirib ki, təqsirləndirilən şəxs barəsindəki həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılaraq, cinayət işi məhkəmə baxışına verilsin.

Fəqan Əhmədov və vəkilləri prokurorun çıxışına etiraz etməyib və hər hansı vəsatət verməyiblər.

Daha sonra məhkəmə müşavirəyə yollanıb. Müşavirədən qayıtdıqdan sonra məhkəmə təqsirləndirilən şəxs barəsindəki həbs qətimkan tədbirini dəyişdirmədən saxlamaqla işi məhkəmə baxışına qəbul edib.

Baxış iclası avqustun 26-a təyin olunub.

Qeyd edək ki, Bakı sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.