Astara rayonu Rüdəkənar kəndində 16 yaşlı qız 30 yaşlı oğlana ərə verilir.
7Times.az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” səhifəsində yazıb. O bildirib ki, bu gün saat 2-də nişan mərasimi keçiriləcək:
“16 yaşı hələ tamam olmayan S.nın 30 yaşlı Lənkəran sakini İsmayılla nişanıdır!!! Sabah da qız toyudur. Kəndin icra nümayəndəsi ilə də uzaq qohumdur.
Astara rayonu Rüdəkənar kəndinin sakini 30.07.2005-ci il təvəllüdlü M.S.nı Lənkəranda “pojarnik” işləyən 30 yaşlı İsmayıla nişanlayırlar!
İndi müsahibə verib deyəcəklər ki, vallah ad eləyirik, toyunu yaşı tamam olanda edəcəyik!!!”
Follow @7timesaz