Cəmiyyət

Astarada tonlarla naringi şaxtadan çürüyüb – VİDEO

Astarada tonlarla naringi şaxtadan çürüyüb – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astarada təsərrüfat sahibləri ziyana düşüb.

Bir neçə gün əvvəl düşən qar və şaxta nəticəsində tonlarla naringi çürüyüb, portağalları şaxta vurub. Əsas dolanışıqları naringi və portağal bağlarından çıxan sakinlər əlacsız vəziyyətə düşüb.

Miki kəndinin, demək olar, bütün sitrusçuları eyni problemlə üzləşib. Təsərrüfat sahibləri deyir ki, ərazidə saxlama kamerası olmadığından meyvəni ev şəraitində saxlamağa məcburdurlar. Bu il yağıntılar çox düşdüyündən rütubətlilik maksimum həddə çatıb. Bu da məhsulun çürümə riskini artırıb.

Qeyd edək ki, Astarada 2417 hektar naringi, 450 hektar portağal bağı var. Bağlardan 42 min ton naringi, 5 min ton portağal tədarük edilib.

Daha ətraflı BAKU.TV-nin süjetində: