Kəramət Böyükçölün atası, şair Qəşəm Nəcəfzadə oğlu ilə görüşüb.
7times.az xəbər verir ki, bu barədə o özünün sosial şəbəkədəki hesabında məlumat paylaşıb.
“Çox şükür Kəramət Böyükçöl yaxşıdır, görüşüb gəldik, ad gününü təbrik elədik… Həkimləri var olsun!” -, deyə Q.Nəcəfzadə qeyd edib.
Atası həmçinin oğlu Kəramət Böyükçölün doğum günü tortunun ətrafında çəkilmiş fotoları da sosial media istifadəçiləri ilə paylaşıb.
Göründüyü kimi fotolarda onun özü və həyat yoldaşı övladları ilə bərabərdirlər.
Follow @7timesaz