Ölkə

Atdığı addımla insanların qəzəbinə səbəb olan “McDonald’s Azərbaycan”ın 27 yaşlı direktoru kimdir? – DOSYE

Atdığı addımla insanların qəzəbinə səbəb olan “McDonald’s Azərbaycan”ın 27 yaşlı direktoru kimdir? – DOSYEbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“McDonald’s” şirkəti ermənilərin təzyiqi ilə Azərbaycanda fəaliyyət göstərən restoranlar şəbəkəsinə aid sosial şəbəkə səhifələrindən Azərbaycan bayraqlı paylaşımları sildirib.

7times.az Yeniavaz.com-a istinadla xəbər verir ki, bir müddət bundan əvvəl sosial şəbəkələrdəki səhifələrimizdən bəzi postları silməkdə bir məqsədimiz var – əsas amalımıza, yəni insanları qida ilə təmin etmək fikrinə sadiq qalmaq.

Məlumat üçün bildirək ki, Azərbaycanda “McDonald’s” adı altında fəaliyyət göstərən restoranlar şəbəkəsi “McDonald’s Azərbaycan” QSC-yə bağlıdır. “McDonald’s Azərbaycan” QSC 01.03.1999-cu ildə rəsmi dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 milyon 845 min manat olan QCS-nin hüquqi ünvanı Səbayil rayonu, Nizami, ev 340-da yerləşir. Bu ilin əvvəlindən şirkətin qanuni təmsilçisi Boqopolskiy Oskar Vadim oğludur.

Oskar Boqopolskiy 2010-cu ildə təhsil aldığı Bakı şəhərində yerləşən 160 saylı Humanitar gimnaziyasını bitirərək 603 balla Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub. 2014-cü ildə ADNA-dan “İqtisadiyyat” ixtisası üzrə məzun olub. Elə həmin ildən də “McDonald’s Azərbaycan”da əmək fəalliyyətinə başlayıb.

2018-ci ildə fəlsəfə doktoru proqramı üzrə Azərbaycan Universitetində “Turizmin inkişafı kontekstində restoran işinin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işi hazırlamağa başlayıb.

Onu da bildirək ki, Oskar Boqopolskiyin atası Vadim Boqopolskiy Azərbaycan Dövlət Neft Sənayesi Universitetində Neft və qaz mühəndisliyi kafedrasının dosentidir. Vadim Boqopolskiy 1946-cı ildə Bakıda anadan olub. 1964-cü ildə Bakı şəhər 160 saylı orta məktəbi bitirib. Həmin ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Neft və mexanika fakültəsinə qəbul olub.