Ölkə

“Atlant”da bu qaydalar sərtləşdirildi – FOTO 

“Atlant”da bu qaydalar sərtləşdirildi – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayonunun Nabran istirahət zonasında yerləşən “Atlant” istirahət mərkəzində karantin qaydalarına nəzarət sərtləşdirilib.

Qeyd edək ki, bir müddət bundan əvvəl mərkəzin diskotekasında epidemiya əleyhinə karantin rejiminin kobud şəkildə pozulması halları aşkar olunaraq mərkəzin rəhbər şəxsləri barəsində Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət İşi başlanılıb. İstintaq aparılır.

İstirahət və əyləncə mərkəzindəki hazırki vəziyyəti öyrənmək üçün çəkiliş qrupumuz sözügedən mərkəzə yollanıb. Ölkənin ən böyük istirahət mərkəzinin giriş qapısındakı abu-havadan epidemiya əleyhinə karantin rejiminin qaydalarına nəzarətin ciddi formada gücləndirildiyi hiss olunurdu. Bunu qapıda duran mühafizəçilərin üzlərindəki təşvişdən də anlamaq olurdu.

Necə deyərlər kənd tüstüsündən bəlli idi.

İçəri girən şəxslər sanki istitahət mərkəzinə yox hansısa bir strateji dövlət obyektinə girirdilər. Qapıdan içəridə də bu ağır nəzarət rejimi davam edirdi. Xüsusi təlimçilər çapar kimi gəzib karantin qaydaları barədə məlumat verirdilər.

Maska taxın zəhmət olmasa

Ara məsafəsini saxlayın lütfən

 Akraksionların ətrafında və restoranlarda yerləşən bütün oturacaqlar ara məsafəsi saxlanılmaqla nizamlanmışdı.

Bu restoranda karantin qaydaları sanki epidemiyaya göz dağı verirdi.

 Mərkəzin daxilində yerləşən inzibati tikililərdə xeyli sayda məlumat lövhələri quraşdırılıb.

Mərkəzdə çəkiliş apardığımız bilən “Atlant”rəhbərliyi isə 7Times.az bunları açıqladı:

Burada hər zaman dövlətin qoyduğu qayda qanunlara ciddi əməl edilib. Sadəcə bir müddət bundan əvvəl karantin qaydalarının pozulması ilə əlaqədar polis reyd keçirtdi və qanuna müvafiq formada tədbir gördü. Qaydaların pozulması əlbətki  bizim məsuliyyətsizliyimizin səbəbi idi. Qanunlar qarşısında öz cavabımızı alacayıq əlbət. İstəməzdik belə olsun. Amma neyləyək. Əsas odur ki, bundan sonra qoyulan qaydalara ciddi əməl edək. Bunun üçün də bütün imkanlarımız və məsuliyyətimizlə bu işə səfərbər olmağa çalışacayıq. Dövlətimizin qanunları və prezidentimizin tapşırıqları bizim üçün hər şeydən üstündür. Ölkə ərazisində bu xəstəliyin yayılmasının qarşısının alınması üçün lazım olan bütün tədbirlər yüksək formada həyata keçirilir. Dövlət başçımız başda olmaqda bu işə aidyyatı olan bütün dövlət qurumları öz üzərlərinə düşən öhdəlikləri səmərəli formada və yüksək səviyyədə həyata keçirir. Biz hamımız virusun yayılmaması üçün əl-ələ verib bu xəstəliklə birlikdə mübarizə aparmalıyıq. Bu istiqamətdə biz sahibkarların məsuliyyəti isə olduqca çoxdur. Qeyd edim ki, hazırda “Atlant”istirahət mərkəzində karantin qaydalarına nəzarət ən üst səviyyəyə çatdırılıb. Mərkəzə gələn turistlərdən və vətəndaşlardan da karantin qaydalarına ciddi əməl etmələrini və İnzibatçıların göstərişlərinə ciddi formada riyayət etmələrini xahiş edirik.

Yenə sağolsun polis. Xüsusi əməliyyat keçirib vaxtında tədbir görməsəydi yəqin ki, hər gün yüzlərlə insanın intensiv gəlib getdiyi bu restoranda karantin qaydaları qulaq ardına vurularaq insanların həyatı təhlükəyə atılmaqda davam ediləcəkdi. Bu qaydalara əvvəldə belə əməl etmək olardı əziz “Atlant”rəhbərliyi.