2021-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-avqust aylarına nisbətən 4,8 faiz artıb.
Bu dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə bahalaşma 5,4 faiz, qeyri-ərzaq məhsulları və əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 4,2 faiz olub.
7Times.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin avqustunda əvvəlki aya nisbətən bahalaşma 0,5 faiz, əvvəlki ilin avqust ayına nisbətən 6,7 faiz təşkil edib.
Follow @7timesaz
2021-ci ilin avqustunda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə bahalaşma daha güclü olub. İllik müqayisədə avqustda ərzaq məhsullarının qiyməti 7,8 faiz artıb.
İllik müqayisədə ötən ayda qeyri-ərzaq malları 5 faiz, pullu xidmətlər 6,4 faiz bahalaşıb.(sfera.az)