İqtisadiyyat

Avqustda neft niyə 6 faiz ucuzlaşıb? – SƏBƏBLƏR

Avqustda neft niyə 6 faiz ucuzlaşıb? – SƏBƏBLƏRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun son ticarət günündə “Brent” markalı neft ucuzlaşıb. Son ticarət günündə neft qiyməti 3,5% enərək 94,42 dollara qədər geriləyib.

7Times.az xəbər verir ki, avqustun əvvəlində “Brent” neftinin dəyəri 104 dollara yaxın idi. Ayın bəzi günlərində neftin qiyməti 91,53 dollara qədər geriləsə də, sonradan bir qədər yüksəlib.

Ümumilikdə, orta qiymət əsas götürülərsə, avqustda “Brent” markalı neft 6%-dən çox dəyər itirib.

Ötən ay neftin ucuzlaşması bir neçə səbəblə izah edilə bilər.

İlk səbəb, dünyanın əsas neft idxalçısı olan Çində istehsal sektorunun böyümə sürətinin zəifləməsidir. Bu dəyişiklik neftə olan tələbə təsir göstərib.

Digər tərəfdən, ABŞ-da yüksək inflyasiya səbəbindən mərkəzi bankın faizləri bir qədər də artıracağı ehtimalı var. Bu ehtimal dolları bahalaşdırır ki, bu da neft qiymətlərini azaldır.