Avropa İttifaqının ən hündür göydələni olan “İntempo” 17 il davam edən maliyyə problemlərinin ardından tamamlanıb.
7Times.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyanın Benidorm şəhərindəki göydələn 47 mərtəbədən ibarətdir.
İnşa işlərinin tamamlanması ilə Aİ ən yüksək göydələninə qovuşub.
“İntempo” 187 metr hündürlüyə malikdir. Bir-birinə bağlı əkiz qülıələr saniyədə 4,2 metr sürətlə hərəkət edən və ən üst mərtəbəyə 52 saniyədə çata bilən sürətli liftlə tchiz olunub.
Qüllədə bir mənzilin dəyəri təxminən 2 milyon avrodur. 256 mənzilli binada 100 mənzil əvvəlcədən satılıb.
Follow @7timesaz