Avropa Şurasının prezidenti Çarlz Mişel Kiyevə səfər edib.
Aktual
Avropa Şurasının prezidenti Çarlz Mişel Kiyevə səfər edib.
Avropa Şurasının sədri Çarlz Mişel Rusiyanın hücumlarının davam etdiyi Ukraynanın paytaxtı Kiyevə gedib.
7Times.az xəbər verir ki,Mişel gözlənilməz səfəri ilə bağlı sosial media hesabında paylaşım edib.
“Mən bu gün Kiyevdəyəm.” Mişel bu ifadədən istifadə edərək Kiyevi “azad və demokratik Avropanın ürəyi” adlandırıb. Mişel onu vağzalda Ukrayna rəsmiləri tərəfindən qarşılanarkən çəkilmiş fotonu da paylaşıb. Mişelin Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü gözlənilir. Borodyankaya səfər edən Mişel sosial şəbəkədəki paylaşımında “Buça və Ukraynanın bir çox digər şəhərləri kimi tarix burada törədilən hərbi cinayətləri unutmayacaq. Ədalət olmadan sülh ola bilməz” yazıb.