Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin bitməsi Trampın və Amerika Birləşmiş Ştatlarının mövqeyindən asılıdır.
Prezident “Newsmax”-a verdiyi müsahibədə deyib:“İndi çox şey Trampın və Amerika Birləşmiş Ştatlarının mövqeyindən asılıdır. Əsas odur ki, Tramp bu mövqedən geri çəkilməsin. O, xarakterli, bəzən impulsiv bir insandır. İstəmirəm ki, bütün bunlardan əl çəksin, təslim olsun və uzaqlaşsın. Əgər o, bu məsələdə israr edərsə, nəticələr olacaq. Avropalıların bu barədə hay-küy salmaq üçün heç bir səbəbi yoxdur”.
O qeyd etdi ki, eskalasiya Rusiya üçün yaxşı olmaz, çünki daha çox insan müharibəyə cəlb olunacaq.
Follow @7timesaz


