Ölkə

Avstriyadan Azərbaycana yeni qaz TƏKLİFİ

Avstriyadan Azərbaycana yeni qaz TƏKLİFİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynada hərbi əməliyyatlar başlayandan bəri enerji qiymətləri kəskin artıb”.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı Avstriyanın enerji tənzimləyicisi “E-Control” şirkətinin rəhbəri Volfqanq Urbançiç yerli mətbuata açıqlama verib.

 

Şirkət rəhbərinin fikrincə, Rusiyadan qazın mərhələli şəkildə dayandırılması qiymətlərin daha da yüksəlməsinə səbəb ola bilər:

 

“Hazırda Avstriya Əlcəzair, Azərbaycan və ya Norveç kimi digər qaz tədarükçüləri ilə yeni uzunmüddətli müqavilələr imzalaya bilər. Əminəm ki, o zaman qiymətlərlə bağlı vəziyyət normallaşacaq”.