Cəmiyyət

Avtoxuliqanlıq edən şəxs həbs olundu – VİDEO

Avtoxuliqanlıq edən şəxs həbs olundu – Videobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində idarə etdiyi avtomobillə avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarına real qəza şəraiti yaradan, onların sağlamlığını təhlükə altında qoyan sürücü saxlanılıb.

7times.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Belə ki, şəhər sakini olan Rüfət Sərxanov idarə etdiyi “Khazar LX” markalı minik maşını ilə davamlı olaraq Sumqayıt ərazisində cəmiyyətə açıqca hörmətsizlik edərək, avtoxuliqanlıq hərəkətləri törədib.

O, Yol Patrul Xidmətinin əməkdaşlarının saxlama əmrinə tabe olmayaraq hərəkətini davam etdirib.

Yol polisləri tərəfindən görülən tədbirlər nəticəsində sürücünün saxlanılması təmin edilib. Rüfət Sərxanov barəsində toplanan materiallar məhkəməyə göndərilib.

Onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati həbs qərarı verilib. Məhkəmənin qərarı ilə, həmçinin, R.Sərxanovun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb.

Qeyd edək ki, sürücünün davamlı olaraq törətdiyi kobud qayda pozuntuları, bilərəkdən digər hərəkət iştirakçılarının yoluna çıxaraq avtomobil idarə etməsi ərazidə olan kameralar vasitəsi ilə qeydə alınıb.