Araşdırma

Ay tutulmalarının monitorinqi 2023-cü ildə mafiya tipli dövlətlərin dağılacağını göstərir

Ay tutulmalarının monitorinqi 2023-cü ildə  mafiya tipli dövlətlərin dağılacağını göstərirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qurani-Kərimdə Ay tutulmaları qiyamətin əlaməti (xəbərçisi) kimi göstərilir. Bunu nəzərə alıb, növbəti ilin Ay tutulmalarını təhlil edib, bəşəriyyətə hansı mesajları verdiyinə diqqət edək.

2023-ci ildə iki Ay tutulması baş verəcəkdir. İlk Ay tutulması 5 may trixində, ikinci tutulma isə, 28oktyabr tarixində baş verəcəkdir.

Elmi-lədun araşdırmalarımız göstərir ki, Ay tutulmaları təsadüfü baş verməyib, xüsusi bir qanunauyğunluğa tabedir. Tutulmaları araşdırarkən məlum olur ki, onlar hər 355 gündən bir təkrarlanır. Bu da Ay təqvimi ilə bir il deməkdir (bax: aşağıdakı cədvələ).

Ay tutulmalarında diqqət çəkən digər məqam onların 14 ədədi altında (Hicri-qəməri təqvimi ilə ayın 14-də) baş verməsidir. Bu ədədin hikmətini şərh etməzdən öncə cədvəli diqqətinizə çatdıraq.

Cədvəldən göründüyü kimi, bütün Ay tutulmaları 14 ədədi altında baş verir. Sual yaranır ki, hər ayda 30 (29) gün olmasına baxmayaraq, niyə məhz 14-cü günləri Ay tutulub?

“İbrahim” surəsi niyə 14 ədədi ilə nömrələndi?

Xatırladaq ki, 14 ədədi Quranda “İbrahim” surəsinin sıra nömrəsidir. Allah-təala bu surədə İbrahim Peyğəmbərin zülmə qarşı apardığı mübarizədən söhbət açır. Həmin dövrdə Yerdə xeyirlə şər arasındakı balans birincinin ziyanına pozulmuşdu. Allah həmin dövrdə pozulmuş balansı İbrahim əleyhissəlamın vasitəsi ilə bərpa etdi və zülmə son qoydu.

Hesablamalarımız göstərir ki, “İbrahim” surəsi Allahın Öz adına olan “Rəhimli Allah” (55) surəsinə bağlanır və “Quran”da tarazlıq (balans) rəmzi sayılır. Bunu sübut etmək üçün daha bir düsturu diqqətinizə çatdıraq:

“Rəhimli Allah” surəsinin sıra nömrəsi (kodu) olan 55 ədədi “Quran”da 41 dəfə keçir (yəni, kitabın cəmi qırx bir surəsində 55-ci ayə var; qalan surələrdə ayələrin sayı əlli beşdən azdır).

Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda əlli beş dəfə keçir (“Quran”ın cəmi əlli beş surəsində 41-ci ayə var).

Beləliklə, “Quran”da 55 ədədi 41 dəfə, 41 ədədi isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxsaq, alınan 14 ədədi “İbrahim” surəsinin sıra nömrəsini (kodunu) göstərir və onun peyğəmbərliyini riyazi yolla təsdiq edir:

55 – 41 = 14

Bu düstur bir daha “Quran”ın düzülüşünün insan beyninin məhsulu olmadığını, fövqəladə bir elmlə (Allahın iradəsiylə) düzüldüyünü təsdiq edir.

Ay tutulmalarının 14 ədədi altında baş verməsinin sirri də bu düsturda açılır. Belə ki, hazırda cəmiyyətdə xeyirlə şər arasında tarazlıq pozulmuş, zülm ərşə dirənmişdir.Yaradan bu astronomik hadisələrlə zülmə üstünlük verən ölkə rəhbərlərinəmesaj ötürür ki, hədlərini aşmasınlar və cəmiyyətdə tarazlığı (balansı) pozmasınlar (müasir terminlə desək: qırmızı xətti keçməsinlər).

Əvvəlki yazılarımızda ortaya qoyduğumuz faktlardan göründüyü kimi, Yerdə baş verən bütün böyük zəlzələ, qasırğa və təyyarə qəzaları bir qayda olaraq riyazi yolla Ay tutulmalarına bağlanır. Bu da sübut edir ki, Ay tutlmaları əslində tarazlığı pozanlara və zalımlaraverilən mesajdır(siqnalıdır).

Nişirəvanın sarayından niyə məhz 14 sütun uçdu?

14 ədədindən və zalım rəhbərlərdən söhbət düşmüşkən, maraqlı bir tarixi faktı diqqətinizə çatdırmaq istəyirik. Məhəmməd Əleyhissəlam dünyaya təşrif gətirən gecəsi fars hökmdarı Nuşirəvanın sarayından 14 (!) sütun uçdu. Hadisəni şərh etmək üçün saraya çağrılan münəccimlər və bilicilər uzun müzakirələrdən sonra belə qərara gəldilər ki, səmavi kitablar vasitəsi ilə xəbəri qabaqcadan verilən Peyğəmbər artıq dünyadadır. Onu da bildirdilər ki, Nuşirəvanın hakimiyyəti tezliklə süqut edəcək və 14 padşah dəyişdikdən sonra Sasanilər dövləti dağılacaq.

Çox keçmədi ki, verilən proqnoz özünü doğrultdu və Sasanilər dövləti dağıldı (bu müddətdə 14 dəfə saray çevrilişi oldu ki, hər bir padşahın hakimiyyəti bir neçə ay çəkdi).

İndi də Ay tutulmalarının 14 ədədi altında baş verməsi zalım rəhbərlərə ciddi siqnaldır ki, zülm etməkdən əl çəkməsələr onlaın da hakimiyyətləri tezliklə devriləcəkdir.

Elmi-lədun bilgilərimizə görə Ay tutulmalarının 14 ədədi altında baş verməsi, indiki dövrdə tarazlığı bərpa edəcək şəxsin (Xilaskarın) artıq aramızda olmasına işarə verir.

Məlumdur ki, bəşər yaranandan xeyirlə şər arasında həmişə balans olmuşdur. Tarixin elə mərhələləri də olmuşdur ki, xeyirlə şər arasında mövcud balans (birincinin ziyanına) pozulmuşdur. Peyğəmbərlər tarixini araşdırdıqda, məlum olur ki, onların zühuru da məhz belə məqamlarda baş verir. Yəni, Allah-təala xeyirlə şər arasında pozulmuş tarazlığı peyğəmbərlər (xilskarlar) vasitəsi ilə bərpa edir.

Bu gün Yerdə xeyirlə şər arasında tarazlığın pozulması göz önündədir. Artıq haqq-ədalət demək olar ki, qalmayıb; zülm ərşə dirənib. Bir qrup mafiyozlar və oğrular mafiya yaradıb, adını dövlət qoyuaraq, kasıbın, yetimin haqqını yeməklə məşğuldurlar. Haqqını tələb edənləri öldürür, yaxud, şərləyərək zindanlarda çürüdürlər…

Ay tutulmalarının monitorinqi göstərir ki, Yer kürrəsində(o cümldən Azərbaycanda) baş verən bu cür zülm və haqsızlıqlar ALLAHIN qəzəbinə səbəb olmuş, bu səbəbdən cürbə-cür bəlalar gəlməkdədir. Son vaxtlar baş verən təbii fəlakətlər, təyyarə qəzaları, yanğınlar, xəstəliklərin tüğyan etməsi… məhz bu qəzəbin təzahürüdür.

Odur ki, insanlara tövsiyyə edərdik ki, 2023-cü ildə özlərindən aşağılara zülm etməkdən, əziyyət verməkdən, pozğun həyat tərzi keçirməkdən, haram işlərdən çəkinsinlər! Hesablamalarımız göstərir ki, tezliklə şeytani dövr başa çatacaq, zalım rəhbərlər və onların pərəstişkarları Yer üzündən silinib gedəcəklər. Oğruların qurduqları mafiya tipli dövlətlər (yaxud, dövlət tipli mafiyalar) Nuşirəvanın (yaxud Səddamın, Qəddafinin…) sarayı kimi yerlə yeksan olacaqdır!

2023-cü ildə insanlar İbrahim fəlsəfəsini əsas götürəcəklər. Nədir İbrahim fəlsəfəsi? İbrahim fəlsəfəsi aşaığdakı keyfiyyətləri özündə cəmləşdirməkdir:

-doğrudanışan olmaq, özünə rəva bilmədiyini başqasına rəva bilməmək;

-qarşındakını öz səviyyəndə bilmək;

-başqasının malına, namusuna göz dikməmək;

-yalnız Yaradana güvənmək;

-zinakar olmamaq;

-lovğa və təkəbbürlü olmamaq;

-hənif, ədalətli, vicdanlı, səxavətli, rəhimli və xeyirxah olmaq;

-Allahın dostuyla dost, düşməniylə düşmən olmaq;

-hər halında Allaha şükr etmək;

-Allaha aid olan işlərdən xeyir güdməmək;

-dünya işlərində səbirli olmaq;

-Allahdan başqasından qorxmamaq;

-istənilən halda (həyatına təhlükə olsa belə) ancaq haqqı demək və haqqın yanında olmaq …

Bir sözlə, bəşəri dəyərlərə təslim olmaq, bu dəyərləri özündə cəmləşdirmək. Bütün bu dəyərləri özündə cəmləşdirəndən sonra insan hansısa bir dini qəbul edə bilər. Cox təəssüf ki, bu gün insanlar bu dəyərlərə sahib olmadan özlərini hansısa bir dində (İslamda, xristiyanlıqda, Musəvilikdə, buddizmdə…) hesab edirlər. Bu səbəbdən də bu gün bəşəriyyət dinlərə, təriqətlərə parçalanaraq, biri-birlərini vəhşicəsinə qırırlar (bu gün müharibə gedən bölgələrə baxsaq, görərik ki, bəşəriyyətin indiki qədər vəhşi bir dövrü olmayıb).

Növbəti ildə insan oğlu bu parçalanmalara, müharibələrə son qoymaq üçün, məhz İbrahim Peyğəmbərin təbliğ etdiyi, Tövhid dininə tapınacaq və İbrahim fəlsəfəsini əsas götürəcəkdir.

“Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir müjdə verən, nə də bir (Allahın əzabı ilə) qorxudan kimsə gəldi”, – deməməyiniz üçün sizə Peyğəmbərimiz gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!” Quran,“Süfrə” surəsi, 19-cu ayə.

Yazıya əlavə: 2023-cü ilin Ay tutulmalarının monitorinqi göstərir ki, onlar 6.585 gün fərqlə təkrarlanır ki, bu da bir astronomik dövrdür. Astronomiya emində bu dövrə saros dövrü deyilir və 18 il, 11 gün 8 saatı  (6.585 günü) əhatə edir. Tərtib (kəşf) etdiyimiz cədvəldən bunu aydın görmək olur:

P.S O ki qaldı 2023-cü ildə kimlərin bəxtimin, taleyinin gətirəcəyinə, bilməlisiniz ki, əslində insan öz taleyini özü yazır. Belə ki, bu il ərzində insanın  etdiyi bütün yaxşılıq və pisliklər öz alnına da yazılır və növbəti ildə bu və ya digər formada qarşısına çıxir.  pisliklər başa-baş, yaxşılıqlar isə, birə yeddi yüz  nisbətində insana qayıdır. İnsanın etdiyi yaxşılıqların birə yeddi yüz özünə qayıtması haqda belə bir ayə var:”Allah xatirinə yaxşılıq edənlər hər sünbülündə yüz dən olmaqla, yeddi sümbül bitirən bir dən kimidir”.  Buradan aydın olur ki, Allah yolunda bu il xərclənən hər bir  manatın əvəzində Yaradan yeddi yüz manat  qaytarır. Odur ki, insanlar xeyir əməllərdən, savab işlərdən çəkinməməlidirlər. Kimlər ki, bu il yaxşılıqlar ediblər, 2023-də əvəzini  yeddi yüz qat alacaqlar.

 

Paşa Yaqub Həkim, Elmi-lədun bilicisi