“Bu sənətə hobbi kimi baxıram. Aygün Kazımova kimi hər şeyimi sənətə qurban verə bilmərəm”.
7Times.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri ARB telekanalında yayımlanan “Özəl” verilişində qonaq olarkən deyib.
O, sənətinə hobbi kimi yanaşdığını bildirib:
“Müğənni olmamışdan əvvəl şou-biznes üzvləri ilə dostluq edirdim. Çünki ortaq dostlarım var. Sənətə gəldikdən sonra onların mənə münasibəti dəyişdi.
Bu sənətə hobbi kimi baxıram. Aygün Kazımova kimi hər şeyimi sənətə qurban verə bilmərəm. Borca girmərəm, evimi satıb konsert verə bilmərəm. Öz pulum, imkanım ilə sənətə gəlmişəm. Bilsəydim ki, istedadım yoxdur, bu aləmə girməzdim”.
Follow @7timesaz