“Beş ildi bu oğlana dayanmadan cinayət işi açılır. O məhkəmə bitir, bu məhkəmə başlayır. Nə boyda cinayətkar imiş Ramin Hacılı… Kiməsə cinayətkar lazımdırsa, bütün ölkə bilir bu ölkədə kimlərdir cinayətkarlar, yerlərini deyək, gedib araşdırıb tutun”.
7times.az-ın xəbərinə görə, bunu yazıçı Aysel Əlizadə deyib.
“Dünən çağırıblar adamı. O da nə bilsin ki tutmağa çağırırlar. Durub gedib. Gecəyəcən saxlayıblar gecə 12-də məhkəmə keçiriblər həbs veriblər. Psixologiyam pozulub artıq bu mövzudan. Nə qədər olar axı. Bu problemlərə görə yaşaya da bilmədik, ikimizin də əsəbi pozuldu, ayrıldıq. Amma mən onu tək qoya da bilmirəm axı, başa düşürsüz?” – A.Əlizadə bildirib.
Follow @7timesaz