İqtisadiyyat

AZAL qiymətləri aşağı salacaq? – Deputat Müşahidə Şurasının işindən DANIŞDI

AZAL qiymətləri aşağı salacaq? – Deputat Müşahidə Şurasının işindən DANIŞDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bütövlükdə iri dövlət müəssisələrində müşahidə şuralarının yaradılması və Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi müsbət məqamdır”.

Bunu 7times.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

V.Bayramov deyib ki, Müşahidə şuraları həmin dövlət şirkətlərində ümumi nəzarəti həyata keçirəcək:

“Həm də bu şirkətlərdə, o cümlədən, “Azərbaycan Hava Yolları”nda (AZAL) növbəti 6 ay ərzində praktik olaraq bütün istiqamətlər üzrə xarici şirkətlər cəlb edilməklə, diaqnostik qiymətləndirmələr və təhlillər aparılacaq. Eyni zamanda, növbəti iki ay ərzində yeni əsasnamə layihəsi hazırlanacaq. Bu isə ondan xəbər verir ki, AZAL da daxil olmaqla, Müşahidə şuraları yaradılmış səhmdar cəmiyyətlərdə yeni mərhələ başlayır. Bu mərhələ həmin şirkətlərin fəaliyyətlərindəki səmərəliliyi artırmaq, daha şəffaf, daha qənaətcil, fiskal idarəetmə siyasəti həyata keçirmək məqsədi daşıyır.

“Azərbaycan Hava Yolları”nın inkişafı turizmin inkişafı baxımından vacibdir. Uzun müddətdir müzakirə edilən məsələlərdən biri də Azərbaycanda təyyarə biletlərinin qiymətlərinin yüksək, o cümlədən, büdcə reyslərinin sayının az olmasıdır. Ən böyük gözləntilər də odur ki, Müşahidə şuraları yaradıldıqdan sonra, postpandemiya dövründə biz həm “Azərbaycan Hava Yolları”nın təklif etdiyi xidmətlərin, həm də biletlərin qiymətlərinin optimallaşdırılmasını görəcəyik. Bu, turizmin inkişafı baxımından da çox vacibdir”.

Deputat qeyd edib ki, turizmin inkişafı keyfiyyətli və aşağı qiymətli ucuşların sayından da birbaşa aslıdır:

“Ölkəyə gələn turistlərin çoxu təyyarə biletləri xərclərini nəzərə almaqla öz səfərlərini planlaşdırırlar.

Bu baxımdan birmənalı şəkildə müşahidə şuralarının formalaşması, AZAL daxil olmaqla, dövlət şirkətlərinin, səhmdar cəmiyyətlərinin fəaliyyətinin səmərəliliyinin artırılmasına imkan verəcək. Ölkədə həyata keçirilən iqtisadi islahatların əsas elementlərindən biri də məhz iri dövlət şirkətlərinin idarəetməsinin yenilənməsi, korporativ idarəetmədən istifadə olunması, bütövlükdə idarəetmədə səmərəliliyin artırılmasıdır”.