Ölkə

“Azərabaycanda məmə deyəndən pəpə yeyənə hamı bilir ki, məmurlar nə işlə məşğuldurlar”

“Azərabaycanda məmə deyəndən pəpə yeyənə hamı bilir ki, məmurlar nə işlə məşğuldurlar”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“İran əgər müsəlman ölkəsidirsə, məscidə donuz bağlayan erməniyə niyə kömək edir?”
“Məmurların başqa nə işi var ki, işləri elə xalqı çapıb-talamaqdır. Söhbət hamısına aid deyil, bizim normal məmurlarımız da var. Məhz bir qisim məmurlar var ki, işləri-gücləri xalqı çapıb-talayıb axşam da saunalarda kef eləməkdir. Onların başqa nə missiyası var ki? Bunları ayrıca xaricə aparıb-gətirənlər var, orda villalarda kef edirlər”
7Times.az xəbər verir ki bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. O, intim videolarla şantaj olunduqlarını deyən məmurların yalan danışdığını bildirib:
“Amma Şeyx Əbdül Bakıda damda yaşayır. Bu birmənalı şəkildə belədir. İndi intim videoları yayılan məmurlar “məni şantaj edirlər” sözündən başqa nə deməlidir ki?! Məmurların şantaj bəhanəsi mağazaların mallarına etdiyi yalançı əlli faiz endirimlərə bənzəyir. Həmişə deyirəm ki, o endirim elanları yığışdırılmalıdır, bununla insanları təhqir edirlər. Bu gün Azərabaycanda məmə deyəndən pəpə yeyənə kimi hamı bilir ki, məmurlar nə işlə məşğuldurlar. Benzinin, suyun qiymətini artırmaq əvəzinə, bu məmurları yerinə oturtmaq, əllərindəkini alıb büdcəyə qaytarmaq lazımdır. Daxildəki bu cür idarəçilik sistemi təmizlənib, qanuni idarə olunmalıdır. Mən Azərbaycanda elə bir icra başçısı tanımıram ki, hansısa işçisi cəsarət edib onun bir sözünü iki etsin. Qanun yoxdur, qanun həmin o icra başçısının dediyidir”.
Şeyx Əbdül illərdir onun xeyrinə çıxarılan məhkəmə qətnamələrinin icra olunmaması problemindən də gileylənib:
“Məni narahat edən məhkəmələrimizdir. Məgər bunların peşə təəssübkeşlikləri yoxdur. Bunlar dövlətin adından qərar çıxarırlar, amma o qərarı hansısa məmur zibil qutusuna atır. Bəs görən bu onların qüruruna toxunmur?! Milli Məclisdə oturub gopa basırlar, ay deputatlar, axı qəbul etdiyiniz qərarlar icra olunmur. Mən əlimdəki üç məhkəmə qətnaməsiylə bağlı iyirmiyə yaxın deputata müraciət etdim və onların biri cəsarət edib, göstəriş verib soruşa bilmədi ki, qətnamələr niyə icra olunmur. Əgər bu icra olunmursa, qətnamələr niyə qəbul edilir. Hələ Hacıbalaya vəzifə də verirlər. Əgər Hacıbala Abutalıbov kimi Azərbaycan Respublikasının qanunlarının açıq düşməni vəzifəyə təyin olunursa, onda mənim bunlara sözüm yoxdur. Mənə hələ indiyə kimi görməmişəm ki, həbs edilən məmurların mənimsədiyi pulların rəsmi şəkildə alınaraq hara köçürüldüyünü göstərsinlər”.
Xalq artisti pandemiya qaydalarından da danışıb:
“Dünya ölkələrində bizdəki kimi pandemiyaya görə qəddarlıq yoxdur. Stadionlarda adamlar doludur, insanlar öz həyatını yaşayır, xəstələnən-xəstələnir, ölən-ölür, qalan-qalır. Bundan ötrü sən mənşəyi bəlli olmayan vaksinləri insanlara niyə vurursan ki?! Burda məqsəd nədir?! Bunlar nəticəyə yox, gündəlik şouya xidmət edilər. Bilmirəm ölkə başçısının bundan xəbəri varmı, ya yox.
Xalq artisti erməni təbliğatına da toxunub və onların müsəlman havadarlarını tənqid edib:
“Qan yaddaşımız” kitabım çapdan çıxıb. Əlimdə dünya alimlərinin erməni xəyanəti, əxlaqsızılığı ilə bağlı yazdıqları yazılar, müdrik kəlamlar var. Niyə maraqlanmırlar ki, bunu başqa dillərə tərcümə edib, dünya xalqlarına çatdıraq və bununla da erməni yalanlarından qurtaraq. Çünki bunların marağında odur ki, hadisələr daim gündəmdə olsun və bunlar da oyunlarını oynasın. Bu milləti nə qədər çapıb-talasalar da nəticəsi olmayacaq, çünki burda Allahın razılığı yoxdur. Müəyyən bir məqamda ifşa olunacaqlar. Müharibədə uduzan ermənilər yenə təbliğata başlayıb, dünya onlara dəstək verir, silahlandırır. İran hökuməti Ermənistana yardım edir. Adlarını da müsəlman qoyublar. İran Həzrəti Peyğəmbərimizin elçisin öldürən məmləkətdir, onlar müsəlman deyillər, şeytandırlar. Əgər müsəlmandırlarsa, məscidə donuz bağlayan erməniyə kömək edərlərmi?!”.