Ölkə

Azərbaycan 1977 baş at satıb – Əsas alıcı bu ölkədir

Azərbaycan 1977 baş at satıb – Əsas alıcı bu ölkədirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan 2022-ci ilin yanvar-avqust ayları (8 ay) ərzində 1977 baş at satıb. Satılan atların ümumi dəyəri 345 960 dollar, birinin orta qiyməti isə 175 dollar (297,5 manat) olub.

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycandan 5 ölkə at alıb.

Ən çox atı Qazaxıstan idxal edib. İlk 8 ayda Qazaxıstan 1690 baş at idxal edib ki, onların alışına 293 290 dollar, birinə orta hesabla 173,5 dollar ödəyib.
Qırğızıstan 248 baş at alıb və ümumilikdə 38 380 dollar (birinə 155 dollar) xərcləyib.

Adıçəkilən ölkələrdən başqa Türkiyə 5940 dollar dəyərində 30 baş (birinə 198 dollar), Gürcüstan 6200 dollar dəyərində 7 baş (birinə 886 dollar), Rusiya 2 150 dollar dəyərində 2 baş (birinə 1075 dollar) at alıb.

Məlumatlardan belə anlaşılır ki, Qazaxıstan, Qırğızıstan və Türkiyə ucuz atlara maraq göstərib. Böyük ehtimalla həmin atlar ətlik məqsədilə idxal edilib. Amma Gürcüstan və Rusiyanın aldığı atların qiyməti yüksək olduğundan yəqin ki, həmin atlar minik məqsədilə alınıb.