“Gürcüstan, Azərbaycan, Macarıstan və Rumıniya yaxın vaxtlarda Avropa İttifaqına elektrik enerjisinin tədarükü ilə bağlı razılığa gələcəklər”.
“Margin.az” xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat naziri Levan Davitaşvili “İmedi” telekanalına müsahibəsində bildirib.Onun sözlərinə görə, layihənin həyata keçirilməsi Gürcüstana Avropa İttifaqının enerji strukturlarına qoşulmağa imkan verəcək: “Yaxın vaxtlarda, Rumıniyada Gürcüstan, Rumıniya, Macarıstan və Azərbaycan arasında razılıq əldə olunacaq ki, hər dörd ölkə eyni vaxtda bu layihəni həyata keçirə bilsinlər. Çünki bu, bir neçə milyardlıq investisiyadır”.
Follow @7timesaz