2022-ci ilin əvvəlindən Azərbaycanın kommersiya banklarının xarici öhdəlikləri artır.
7Times.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin sonunda 1,063 milyard manat olan xarici öhdəliklərin həcmi bu ilin sentyabrın 1-də 1,685 milyard manata yüksəlib. İlin əvvəlindən xarici borcun həcminin 622 milyon manat və ya 58,5 faiz artması müşahidə edilib.
Xatırladaq ki, Azərbaycan banklarının xarici borcu devalvasiyadan sonra sürətlə azaldılmışdı. 2015-ci ildə xarici borcun həcmi 8,246 milyard manat idi və bu, bank sektoru üçün böyük yükə çevrilmişdi. Davamlı azalmadan sonra 2021-ci ilin sonunda xarici borcun həcmi 1 milyard manata qədər azaldı. Cari ildən isə öhdəliklərin həcmində yenidən artım var.
Qeyd edək ki, dollar/manat məzənnəsinin sabit qaldığı indiki dövrdə xarici borcun artması problem yaratmır. Xarici borcun artması məzənnə dəyişikliyi böyük olan ölkələrin bankları üçün ciddi çətinliklər yaradır.
Follow @7timesaz