Taekvondoçu Cavid Hüseynov torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
7times.az-ın xəbərinə görə, Taekvondo üzrə yarışlarda Cavid Hüseynov 2018-ci ildə Gənclər arasında Azərbaycan çempionu olub. Tovuz komandasını təmsil edən idmançı dəfələrlə qalib və mükafatçılar arasında yer alıb.
Azərbaycanın apardığı Böyük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Cavidə Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına başsağlığı veririk!
Follow @7timesaz