Ölkə

Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə qaz nəqlini artıra bilər  Bu halda

Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə qaz nəqlini artıra bilər – Bu haldabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda biz yalnız “Şahdəniz” yatağından qaz ixrac edirik, lakin bəzi yeni layihələrdən əlavə qaz həcmləri olarsa və ya ölkədəki mövcud yataqlardan hasilat artarsa, biz onları Cənub Qaz Dəhlizi vasitəsilə ixrac edə bilərik”.

Bizim.Media xəbər verir ki, bunu BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli “Azeri Observer” nəşrinə müsahibəsində bildirib.

O, gələcəkdə Cənub Qaz Dəhlizi vasitəsilə qaz nəqlinin artırılması ilə bağlı sualı cavablandırıb:

MÖVZU İLƏ BAĞLI:

Bolqarıstan Azərbaycanla danışığa BAŞLAYIR – Daha çox təbii qaz almaq üçün 

“Bu ixrac marşrutu elə qurulub ki, onun hissələrinin – Cənub Qafqaz Boru Kəməri (CQBK), TANAP və TAP-ın gücü lazım gələrsə, ikiqat artırıla bilər. Hazırda biz yalnız “Şahdəniz” yatağından qaz ixrac edirik, lakin bəzi yeni layihələrdən əlavə qaz həcmləri olarsa və ya ölkədəki mövcud yataqlardan hasilat artarsa, biz onları bu marşrutla ixrac edə bilərik. Bu marşrutla üçüncü ölkələrdən qazın ixracı da mümkündür. Bunun üçün təbii ki, müəyyən siyasi, kommersiya və iqtisadi şərtlər tələb olunacaq. Belə şərtlər razılaşdırılarsa, Cənub Qaz Dəhlizinin gücü əlavə həcmlərin ixracına imkan verəcək”.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi ilə Azərbaycan qazının Avropaya nəqli 2020-ci il dekabrın 31-də başlayıb.

Cənub Qaz Dəhlizinin Avropa hissəsi TAP vasitəsilə İtaliyaya illik 8 milyard, Yunanıstan və Bolqarıstanın hər birinə 1 milyard kubmetr qaz nəql olunacaq.  

Bu günədək Avropaya TAP vasitəsilə nəql olunan Azərbaycan qazının həcmi 10,9 milyard kubmetrə çatıb.