Ölkə

“Azərbaycan haqqını qorumağa davam edəcək” – ARİF MƏHƏRRƏMOV – VİDEO

“Azərbaycan haqqını qorumağa davam edəcək” – ARİF MƏHƏRRƏMOV – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq xeyli müddətdir ki, bilavasitə Azərbaycan və Ermənistanla yanaşı, region ölkələrinin də diqqəti Şuşa-Laçın-Xankəndi avtomobil yolundakı bir məntəqəyə yönəlib. Burada ekofəallar ümumi təbiətimizin çirkləndirilməsinə son qoyulması tələbilə müddətsiz aksiya keçirirlər. Azərbaycan ərazisinin bu hissəsində baş verənlər xalqımızın səbr kasasını daşdıran son damlanın təzahürüdür.

Vətən müharibəsinin başlaması və şanlı Zəfərimiz təsadüfi olmamışdı. Çünki respublikamızın ərazisinin 20 faizinin erməni işğalı altında qaldığı 30 il müddətində münaqişənin sülh yolu ilə həll olunacağına ümid etsək də, biz heç zaman torpalarımızın işğalı ilə barışmamışıq. Tarixi faktdır ki, torpaqlarımıza erməni təcavüzü Birinci Qarabağ müharibəsindən çox-çox əvvələ, ХVIII əsrin əvvəllərinə təsadüf edir.

2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi genişmiqyaslı təxribatlar da təsdiq etdi ki, düşmən yeni torpaqlar ələ keçirmək iddiasındadır. Bununla da 30 il boyunca səbirlə münaqişənin sülh yolu ilə həll edilməsinə olan ümidlərimiz nəticəsiz qalıb.

Azərbaycan xalqı da şahid olur ki, Ermənistan ilə aparılan siyasi-diplomatik danışıqlara, Ermənistanın sözünə, imzasına arxalanmaq olmaz. Ermənistan sülh danışıqları prosesindəki məsuliyyətsiz hərəkətləri və son təxribatı ilə Azərbaycan qarşısında etimadını tamamilə itirmişdir. Hətta Ermənistan nəinki Azərbaycan qarşısında etimadını itirmiş, erməni cəmiyyəti daxilində baş qaldırmış parçalanmalar və qütbləşmələr Ermənistanın öz müstəqil dövlətçiliyini şübhə altında qoymuşdur.

Sosial şəbəkələrdə yayılan Şuşa-Laçın-Xankəndi avtomobil yolundakı aksiyada bir qrup gəncin çıxışı ictimaiyyət arasında hiddət doğurdu. Onlar Xankənində yaşayan, daim təxribata üstünlük verən erməni əhalisinə sülh çağırışı edir. Bir qrup gəncin qeyi-dəqiq çıxışı ictimaiyyət arasında, xüsusən də şəhid ailələrində hiddətə səbəb olub.

Qarabağ qazisi, Çeçenistanın Millət Qəhrəmanı və ilk Fəxri Vətəndaşı Arif Məhərrəmov mövzu ilə bağlı fikirlərini bölüşüb: