İqtisadiyyat

  Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi artıb

Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi artıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cari ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsi 892 milyon 123,5 min ABŞ dolları həcmində olub.

7times.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətindən məlumat verilib.

Bildirilir ki, hesabat dövründə Gürcüstandan Azərbaycana 443 milyon 379,9 min dollar həcmində mal ixrac olunub. Bu da, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 21,6 faiz çoxdur.

Azərbaycandan idxal olunan malların həcmi isə keçən ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz artaraq 448 milyon 743,6 min dollar təşkil edib.

Xətayi Əzizov


AZƏRTAC-ın xüsusi müxbiri


Tbilisi