Ölkə

Azərbaycan meyvə və giləmeyvə istehsalını 22 %-dən çox artırıb

Azərbaycan meyvə və giləmeyvə istehsalını 22 %-dən çox artırıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-may aylarında Azərbaycanda 29 min 500 ton meyvə və giləmeyvə istehsal edilib.

“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,4 % çoxdur.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2023-cü ilin beş ayında 179 min 944 ton meyvə və tərəvəz idxal edilib. Bu həcmdə meyvə və tərəvəzin idxalı 113 milyon 344 min ABŞ dolları olub. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 29 min 789 ton (14,2 %), dəyər baxımından isə 6 milyon 044 min ABŞ dolları ( 5%) azdır.